Azərbaycan kubokunun ¼ final “Xəzər Lənkəran” – “Araz Naxçıvan” matçında hər
iki klubunun 4 futbolçusunun sarı vərəqə
cəzalandığı üçün “Xəzər Lənkəran” klubu 1000 manat, “Araz Naxçıvan” klubu 100 manat cərimə olunur
(maddə 40).
Azərbaycan kubokunun ¼ final “Neftçi” – “İnter” matçında “Neftçi” klubunun
4 futbolçusu sarı vərəqə cəzalandığı
üçün klub 1000 manat cərimə olunur (maddə
40).
Azərbaycan kubokunun ¼ final “Qarabağ” – “Qəbələ” matçında “Qəbələ”
klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı
üçün klub 1000 manat cərimə olunur (maddə
40).
Azərbaycan kubokunun ¼ final “Bakı” – “Rəvan” matçının 43-cü dəqiqəsində
“Rəvan” klubunun məşqçisi Gündüz Hindal hakimləri təhqir etdiyinə görə
meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə
olunur (maddə 42.4).
Topaz Premyer Liqasının XXVII turunun “Xəzər Lənkəran” – “Simurq” matçının
86-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar
əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
Topaz Premyer Liqasının XXVII turunun “Rəvan” – “Neftçi” matçının 71-ci dəqiqəsində
“Rəvan” klubunun 40 №-li futbolçusu Mişel Patrik Balakoq idmançıya yaraşmayan hərəkətə
görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1
oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XXVII
turunun “Xəzər Lənkəran” – “Simurq” matçında “Simurq” klubunun 5 futbolçusu
sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Oyun 35-ci dəqiqəsində “Simurq” klubunun baş
məşqçisi Rövşən Babayev hakimi təhqir
etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 2500
manat cərimə olunur (maddə 42.4).
Azərbaycan
I Divizionunun XXII turunun “Karvan” – “Şahdağ” matçının 80-ci dəqiqəsində
“Şahdağ” klubunun məşqçisi Vahid Həşimov
texniki zona qaydalarını pozduğuna görə
meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə
olunur (maddə 62).
Azərbaycan
I Divizionunun XXII turunun “Mil-Muğan” –
“Neftçala” matçının 74-cü dəqiqəsində “Neftçala” klubunun 18 №-li futbolçusu
Aqşin Həşimov aqressiv hərəkətə görə
birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq
cəzalanır, klub 200 manat cərimə olunur (maddə
38.1).
Oyunun 74-cü dəqiqəsində “Mil-Muğan”
klubunun 10 №-li futbolçusu Rəmzi Məmmədov hakimləri təhqir etdiyinə görə 4
oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).