 Topaz Premyer Liqasının
27-ci turunun rəmzi komandası məlumdur. InStat Football şirkətinin Peşəkar
Futbol Liqasına təqdim etdiyi statistic məlumatlara əsasən üçüncü dövrənin
yekun turunda ən yaxşı 11-lik aşağıdakı kimidir:
Qapıçı – Cahangir Həsənzadə
(AZAL)
Müdafiəçilər – Bruno
Bertuççi (Neftçi), Admir Teli (Qarabağ), İvan Benitez (İnter), Maksim Medvedev
(Qarabağ)
Yarımmüdafiəçilər – Reynaldo
Silva (Qarabağ), Vaqif Cavadov (İnter), Derlis Meza Kolli (İnter), Araz
Abdullayev (Neftçi)
Hücumçular – Viktor Mendi
(Qəbələ), Baçana Sxadadze (İnter)
Turun ən yaxşı oyunçusu
isə “İnter”in kapitanı Vaqif Cavadov seçilib.
Topa sahib olmada və dəqiq
ötürmə sayında “Qarabağ”, hücum, qapıya zərbə, top itirmədə və künc zərbələrində
isə “Xəzər Lənkəran” fərqlənib . “Rəvan” futbolçuları 6 dəfə oyundankənar vəziyyətə
düşüb. AZAL futbolçuları isə hamıdan çox – 20 dəfə qayda pozuntusuna yol verib.
Rəqib qapısına ən çox zərbə
endirən Marinaldo da Silva (Qarabağ), ən çox dəqiq ötürmə verən isə komanda
yoldaşı Riçard Almeydadır (Qarabağ). Hava mübarizələrində “Rəvan”dan Tyaqo
Ribeyro hamıdan üstün olub. Ən çox top itirən Etame Mbilla (Xəzər Lənkəran), ən
çox topa yiyələnən isə Bədavi Hüseynovdur (Qarabağ). TPL, 27-ci turun statistikası
|