 Topaz
Premyer Liqasının 28-ci turuna “Sumqayıt” – AZAL oyunu ilə start verildi. İlk
hissədə hesabda geri düşən ev sahibi komanda əzmkar oyunla yekunda qələbəni
bayram etdi – 2:1.
Tərlan
Əhmədov, AZAL klubunun baş məşqçisi: “Komanda ikinci dövrədə ümumiyyətlə iki
toplayıb. Çətin psixoloji durumdayıq, bundan çıxmaq lazımdır. Bir neçə
futbolçuda istək hiss olunur, amma çoxu istəksiz oynayır. Bunun səbəbini
araşdıracağıq. Komanda artıq uduzmağa alışır, əcnəbi futbolçular əvvəlki
futbolu oynamırlar. İstək olmasa, rəqabətdə irəli gedə bilmərik. Görünür ki, bəzi
futbolçular bu rəqabətə hazır deyil. Müdafiədən bu cür səhvləri gözləmirdim. Belə
getsə, mövsümün sonunda futbolçuların çoxundan imtina olunacaq”.
Aqil
Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Maraqlı oyun alındı. AZAL bizim
üçün həmişə çətin rəqib olub. Komandaya qələbəyə görə təşəkkür edirəm, sona
kimi oynadılar. Azarkeşlər də bizi tək buraxmadılar, komandaya dəstək verdikəri üçün minnətdaram. Məğlub ola
da bilərdik. Amma bu gün bizim qələbə istəyimiz daha çox idi”.
|