 Topaz
Premyer Liqasının 28-ci turunda “Bakı” doğma meydanda “Simurq”la qarşılaşdı.
İlk hissəni hücumlarla başlayan və erkən iki qol vuran ev sahibi komanda ikinci
hissəni azlıqda keçirsə də, qələbəni əldən vermədi – 2:1.
Georgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Oyuna pis başladıq. Çoxlu səhvlər
buraxdıq, qapımızda ardıcıl iki qol gördük. Rəqib ikinci hissəni azlıqda keçirsə də, oyunun əvvəlində
buraxdığımız səhvlər ucbatından qalib gələ bilmədik. İkinci hissədə özümüzə gəldik,
qollardan birinin əvəzini çıxdıq. Lakin ardını gətirə bilmədik. Hər bir
futbolçu səhv edə bilər”.
Milinko
Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Qələbə qazandığımız üçün şadam. Komanda var
gücünü ortaya qoydu. Çətin qələbə qazandıq. Meydanda və kənarda
baş verənlər var ki, biz buna müdaxilə edə bilmirik. İlk hissədə iki qol vurduq,
ikinci hissədə isə müdafiədən oynadlq. “Neftçi” ilə oyunda cəzalı duruma düşən Vüqar Mustafayev və Araujo Santos oynaya bilməyəcək. Bunların niyə baş verdiyini anlamıram. Ola bilsin
ki, bu, belə olmalı idi. Bir tərəfdən yaxşıdır ki, “Xəzər Lənkəran”la oyunda iştirak edə biləcəklər. Bilmirəm
niyə Ruben Qonzalezə də vərəqə göstərmədilər. Onun da 3 vərəqəsi var, cəza limitində idi. Sevinirəm
ki, bu gün heyətdə 4 gənc futbolçu oynadı. Azərbaycan futboluna kömək etmək üçün gəlmişəm. Burda olduğum müddətdə gənc yerli fubtolçulara dəstək olacam. Vüqarı məcbur etsən də,
danışan deyil. Onu meydandan niyə qovduqlarını anlamıram? Serb dilini anladığım üçün Draqan Çeranın
da söydüyünü eşitdim. Hər söyüşə görə qırmızı vərəqə verəndə gərək meydanda
oyunçu qalmasın. Rauf Əliyev məşqdə oyuna hazır olduğunu bildirmişdi. Zədə alması bizim üçün gözlənilməz
oldu”.
|