 Topaz Premyer Liqasının
28-ci turunda “Neftçi” “Xəzər Lənkəran”ı qəbul etdi. Rəqibini 1-0 hesabı ilə məğlub
edən “ağ-qaralar” turnir cədvəlində mövqeyini möhkəmləndirdi.
Mustafa Denizli, “Xəzər Lənkəran”
klubunun baş məşqçisi: “Oyunun keyfiyyəti yüksək olmasa da, meydanda mübarizə var
idi. Qol vuran komanda qalib gələcəkdi. Premyer Liqada çox iddiamız olmadığımız üçün bəzi çətinliklərlə üzləşirik. Yerli futbolçuların zədəli olması işimizi çətinləşdirir. İstədiyimiz heyəti qura bilmirik. Bu oyun bizdə müsbət bir təəssürat
yaradacaq oyundur. Həm evdə, həm də səfərdə bərabər oyun oldu. Çoxlu qol epizodu yarada bilmədik, oynaya biləcəyimiz oyunu
oynamadıq. Zohair komandanın ən yaxşılarından idi, çox yorulduğu üçün onu əvəzlədim. Vandersonu irəli çəkib Slaviki onu mövqeyində oynatdıq. Alxasov Araza qarşı uğurlu
oynaya bilmədi. Müdafiəni gücləndirməli idik. Adrian Piti belə bir yüksək təzyiqi olan oyunda oynatmağım düzgün
deyildi. Üç aydır ki, rəsmi oyun oynamayıb. Qış fasiləsində
istədiyimiz 3 azərbaycanlı oyunçunu transfer edə bilmədik. Bütün yük Rahidlə Elnurun üzərinə düşdü. 4 yerli futbolçu ilə davam edirik. Bundan sonrakı oyunlarda dəyişikliklər etməliyik. Məcburiyyətdən bu cür heyətlə oynayırıq. Yerli futbolçuların sayını artırmalıyıq. 4 gənc futbolçumuz var”.
Böyükağa Hacıyev, “Neftçi”
klubunun baş məşqçisi: “Bu oyunun şərhə ehtiyacı yoxdur, vacib olan üç xalı
qazandıq. Çoxsaylı qol imkanlarından istifadə edə bilmirdik, yekunda Nfor fərqlənə
bildi. Hakimlər barəsində ümumiyyətlə danışmaq istəmirəm, cərimə meydançasında
Nforu yıxdılar, təmiz penaltimiz verilmədi. Bu il buna alışmışıq. Əvvəllər
deyirdilər ki, "Neftçi"ni irəli çəkirlər, amma bu gün “Neftçi”ni
sıxırlar. Hesabımızda 51 xal var, öz yolumuza davam edirik. Kubokda iddialıyıq,
bu komandaların içində yeganə yerli məşqçi mənəm. Bacardığımız yerə qədər gedəcəyik.
Rəqibin 100 faizlik epizodu olmadı, oyun bir qapıya getdi. Mən 10 gün əvvəl
demişəm ki, “böyük oyun” söhbətini yığışdırın. Bu “Böyük oyun”dan çox küçə
savaşına bənzəyir. Qorxurdum ki, uşaqlar yenə nəzarətdən çıxar. “Xəzər Lənkəran”a
5 qol vuracam demişdim, deməmiş olum. 2-3 min azarkeşi stadiona buraxmadılar.
Polislər azarkeşi stadion boyu qovurdu. Təzyiq necə olur? Futbola gözəllik verən
azarkeşlərdir, bilmirəm ki, onları stadiona niyə buraxmırlar. “Neftçi”yə qarşı
böyük təzyiqlər var. Mən “Bakı” ilə oyunda hücumçunu yarımmüdafiəçi oynadırdım.
Ruslan Qurbanov “Sumqayıt”la oyunda sağ müdafiəçi oynadı. Sadıq Sadıqov
komandadan getsə, mən 24 saat əvvəl gedirəm. Mən yığdığım reytinqi ona
borcluyam. O məni “Neftçi”yə gətirib. Cavid İmamverdiyevə inanıram,
potensialını açmaq lazımdır. Bir vaxt Araz Abdullayev də indiki Caviddən güclü
deyildi. Ya Cavid bezib futboldan gedəcək, ya da mən deyən futbolu oynayacaq”.




























|