 Topaz Premyer Liqasının 28-ci turunda “Qəbələ”ni
məğlub edən “Qarabağ” bir neçə rekorda imza atıb. 3:0 hesablı qələbə həm
mövsümün, həm də milli çempionatların tarixinə düşüb.
Mövsümün
rekordu
Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazanan
Ağdam təmsilçisi mövsümün rekordunu müəyyənləşdirib. “Neftçi” (4:1), “Bakı” (4:0),
“İnter” (3:0), “Sumqayıt” (3:0) və “Qəbələ”ni (3:0) məğlub edən “Qarabağ” mövsümdə
ardıcıl 5 matçda xal itirməyən ilk komanda oldu.
Qeyd edək ki, Azərbaycan çempionatlarında ən uzun
qələbə seriyası “Kəpəz”ə məxsusdur – 20 qələbə.
“Neftçi”nin
18 illik rekordu təkrarlandı
“Qarabağ”ın ardıcıl əldə etdiyi 5 qələbənin hamısı böyükhesablı
olub. Bununla da Qurban Qurbanovun yetirmələri Azərbaycan çempionatları
tarixində ən yüksək göstəricini təkrarlayıb. 5 qarşılaşmanı ümumilikdə 17:1
hesabı ilə bitirən Ağdam təmsilçisinə qədər yalnız “Neftçi” belə nailiyyətlə fərqlənmişdi.
Toxunulmazlıqda
3-cü
“Qarabağ”ın qapıçısı İbrahim Şehiç ardıcıl 4-cü
matçda qapısından qol buraxmayıb. “Quru” seriyasını 367 dəqiqəyə çatdıran
Şehiçə mövsümün 3-cü göstəricinə imza atıb.
“Quru” seriyaya əsasən mövsümün rekordu isə Şehiçin
komanda yoldaşı Fərhad Vəliyevə məxsusdur. Ardıcıl 5 quru oyun keçirən
qolkiperin hesabında 554 dəqiqə var. Şehiç kimi 4 ardıcıl görüşdə qol
buraxmayan Pavel Kapsa isə 505-də dayanıb.
1. Fərhad Vəliyev (“Qarabağ”) - 554
2. Pavel Kapsa (“Simurq”) - 505
3. İbrahim Şehiç (“Qarabağ”) - 367
4. Kamran Ağayev (“Bakı”) - 360
5-6. David Pietrzkeviç (“Qəbələ”), Pavel Kapsa
(“Simurq”) - 335
|