 Topaz
Premyer Liqasının 28-ci turuna “İnter”-“Rəvan” oyunu ilə yekun vuruldu.
Xatırladaq ki, bazar günü keçirilməli olan oyun əlverişsiz hava şəraiti ilə əlaqədar
olaraq yarımçıq dayandırılmış və oyunun bazar ertəsi keçirilməsinə qərar
verilmişdi. Rəqibini 3-0 hesabı ilə məğlub edən “İnter” avrokuboklar uğrunda
mübarizəsini davam etdirdi.
Güvenc
Kurtar, “Rəvan” klubunun baş məşqçisi: “”İnter”i qələbə ilə təbrik edirəm, çox
yaxşı oynadılar. Bu oyunu “Neftçi” ilə oyundan öncə sınaq kimi çalışdıq. Rəqibin
iki cinah futbolçusu “Neftçi”də olduğu kimi hücum zamanı meydana daxil olur. Onların
qarşısını ala bilmədik. Qapı dirəyindən dönən topumuz var idi. İkinci qolu
buraxdıqdan sonra isə işimiz daha çətin oldu. Bütün gücümüzü kuboka yönəldəcəyik.
Bundan sonrakı oyunlarda qələbə qazanmaq istəyirik. Kubokdan öncə “Sumqayıt” və
“Qarabağ”la oyunumuz var. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. “Sumqayıt”ın
son oyununu izlədim, əvvəlkindən çox fərqlənirlər. Hakimlərə təşəkkür edirəm,
oyunu yaxşı idarə etdilər”.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi:
“Qəbələdə vacib qələbədən sonra gözəl oyunla 3 xalı qazandıq. Komandamı təbrik
edirəm. Bugünkü oyun da vacib, öncəki turdakı uğuru möhkəmlətməli idik. Bu cür
oyuna psixoloji hazırlaşmaq çətin idi. Rəqib daha psixoloji cəhətdən daha sərbəst
idi. Qol vurmağımıza baxmayaraq, bəzi futbolçularda həyacan var idi. Fasilədə
komanda ilə danışdıq, futbolçular özlərini ələ aldılar və ikinci hissəni böyük
üstünlüklə başa vurdular. Avrokuboklar uğrunda mübarizədə psixoloji cəhətdən
daha dözümlü olan komandalar mükafatçılar sırasına düşəcək. PFL-ə oyunu təxirə
saldığı üçün təşəkkürümü bildirirəm. Dünənki şərtlərdə oyun heç bir komandanın
xeyrinə getməzdi. Bu gün isə daha yaxşı hava şəraitində oynadıq, hər iki
komanda baxımlı oyun göstərdi. 7-8 futbolçumuz sarı vərəqə limitində idi. İstənilən
futbolçu lazımsız vərəqə alarsa cəzalanacaq”.
|