 İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib: Topaz Premyer Liqasının XXVIII turunun “Sumqayıt” – AZAL matçında
“Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000
manat cərimə olunur (maddə 40).
Oyunun 55-ci dəqiqəsində “Sumqayıt”
klubunun məşqçisi Mehman Yunusov texniki
zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır,
klub 1000 manat cərimə olunur (maddə
62).
Topaz Premyer Liqasının XXVIII turunun “Neftçi” – “Xəzər Lənkəran” matçının 28 və 32-ci dəqiqələrində “Neftçi”
klubunun azarkeşləri tərəfindən protexniki vasitələr istifadə edildiyi üçün
klub 1000 manat cərimə olunur (maddə
52).
Topaz Premyer Liqasının XXVIII turunun “Bakı” – “Simurq” matçının 45+1-ci
dəqiqəsində “Bakı” klubunun 31 №-li futbolçusu Vüqar Mustafayev rəqibi təhqir
etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün
futbolçu 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.1).
Topaz Premyer Liqasının XXVIII turunun “Qarabağ” – “Qəbələ” matçının 78-ci
dəqiqəsində “Qəbələ” klubunun 36 №-li futbolçusu Elnur Allahverdiyev idmançıya
yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 65-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi
Andrey Syomin hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5
oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (maddə 42.4).
Əvəzedici heyətlərin XXVIII
turunun “Sumqayıt” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün klub 500 manat cərimə olunur (maddə
40).
Əvəzedici heyətlərinin XXVIII
turunun “İnter” – “Rəvan” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə
cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Azərbaycan
I Divizionunun XXIII turunun “Bakılı” – “Mil-Muğan” matçının 51-ci dəqiqəsində “Bakılı”
klubunun 14 №-li futbolçusu Əli Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan
I Divizionunun XXIII turunun “Qaradağ Lökbatan” – “Araz Naxçıvan” oyununun 88-ci dəqiqəsində
“Qaradağ Lökbatan” klubunun 30 №-li futbolçusu Taleh Muradov idmançıya yaraşmayan hərəkətə görə ikinci
sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır,
klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionun XXIII turunun “Ağsu” – “Karvan” matçında hər iki klubunun 4
futbolçusu sarı ilə vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur
(maddə 40).
Oyunun 23-cü dəqiqəsində “Karvan” klubunun 6
№-li futbolçusu Ceyhun Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20
manat cərimə olunur (maddə 48).
|