 Topaz
Premyer Liqasının 35-ci turunda Zaqatalaya səfər edən “Xəzər Lənkəran” yerli “Simurq”la
oyunda qələbəni son dəqiqələrdə əldən verdi – 2:2.
Oğuz
Çetin, “Xəzər Lənkəran” klubunun məşqçisi: “Mövsümün son oyunlarını oynamaq
asan deyil. Mövsüm boyu yığılan yorğunluq öz təsirini göstərir. Oyuna çox yaxşı
başladıq. İstədiyimiz kimi oynadıq, bu zamanda da iki qol vurduq. Qələbə hesabını
oyunun sonuna qədər qorumağı düşünürdük. Lakin hesab 2-1 olduqdan sonra rəqib
daha da ümidləndi və ikinci hissədə çox hücum etdi, bizim üzərimizdə təzyiqini
artırdı. Son dəqiqədə penaltiyə səbəb olmalı deyildik, istənilən şərtlər
daxilində qələbə hesabını qorumalı idik. Rəqib ikinci hissədə çox istəkli
oynadı, hesabı bərabərləşdirdi. “Simurq” kimi komandaya qarşı mövsümün sonunda
oynamaq çətindir. Meydançanın da süni örtüklü olması oyunumuza təsir etdi. İstədiyimiz
oyunu göstərə bilmədik. Burada məğlub olmamağı və mövsümü qələbə ilə başa
vurmağı hədəfləmişik”.
Georgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Çox maraqlı oyun oldu. Heyətlə bağlı
çatışmazlıqlarımız var idi. Son turdan sonra dörd müdafiəçimizin xidmətindən məhrum
olmuşduq. Bütün müdafiə xəttini dəyişməli olduq. Oyuna bərbad başladıq. İki top
buraxdıq və özümüzü pis vəziyyətə saldıq. Lakin futbolçular özünəinamı itirmədilər,
həvəsdən düşmədilər, sona kimi mübarizə apardılar. Buna görə komandama təşəkkür
edirəm. Fikrimcə, bu oyunda qalib də gələ bilərdik”.
|