 Azərbaycan
kubokunun qalibi Bakının “Neftçi” klubu heyətinə yeni futbolçu cəlb edib. “Ağ-qaralar”
Rumıniyanın “Vasluy” klubunun braziliyalı yarımmüdafiəçisi Kaue Sesilyo da
Silvanı transfer edib. Tam tibbi müayinədən keçən 25 yaşlı futbolçu ilə artıq
iki illik müqavilə imzalanıb. Kaue “Neftçi”də 5 nömrəli formada çıxış edəcək.
|