 Paytaxtın
AZAL klubu yay transfer dövründə daha bir futbolçunu heyətinə cəlb edib. Ötən
mövsüm “Rəvan”da çıxış etmiş Novruz Məmmədov “təyyarəçilər”lə 1 illik müqavilə
imzalayıb. Futbolçu yeni klubunda icarə əsasında çıxış edəcək.
Qeyd
edək ki, AZAL buna qədər Asif Mirili, Eltun Yaqublu və Təmkin Xəlilzadəni heyətinə
cəlb edib.
|