 Yeni mövsüm hazırlıqlarını davam etdirən “Qəbələ” iki futbolçu
ilə müqavilə imzalayıb. Rumıniyalı Andrei Kristea və Adrian Ropotan növbəti
mövsümdən “Qəbələ”nin formasını geyəcək. Hər iki oyunçu ilə 1 illik müqavilə
imzalanıb.
30 yaşlı Andrei Kristea hücumçu, 28 yaşlı Adrian Ropotan isə
dayaq yarımmüdafiəçisidir. Legionerlər bu gündən komandanın məşqlərinə
qatılacaq.
|