 Yeni mövsüm hazırlıqlarını Avstriyada davam etdirən “Qarabağ”
artıq ilk məşqinə çıxıb. Zədəli Rəşad Sadıqovun fizioterapevt nəzarətində
ayrıca məşğul olduğu hazırlıq prosesi 90 dəqiqə davam edib.
Qeyd edək ki, Ağdam təmsilçisi sabah Ukraynanın “Şaxtyor”
klubu ilə qarşılaşacaq. Yoxlama oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
|