 Avropa Liqasının 2-ci təsnifat
mərhələsinin püşkatması keçirilib. Bu mərhələdən mübarizəyə qoşulacaq “Neftçi”
klubu “Koper” (Sloveniya) / ”Çelik” (Bosniya və Herseqovina) cütünün qalibi ilə
qarşılaşacaq.
“Qəbələ” “Şiroki Briyeq”
səddini keçəcəyi halda Çexiyanın “Mlada Boleslav”, “İnter” mərhələ adlayacağı təqdirdə
İsveçin “Elfsborq” klubu ilə qarşılaşacaq.
|