Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları keçirilib. Bu mərhələdən mübarizəyə qoşulan "İnter" səfərdə Moldova "Tiraspol"unu məğlub edib - 3:2. "Qəbələ" isə doğma divarlar arasında Bosniya və Herseqovinanın "Şiroki Briyeq" klubuna məğlub olub - 0:2.I təsnifat mərhələsinin cavab oyunları bir həftə sonra - iyulun 10-da keçiriləcək.
|