 Topaz Premyer Liqasının son qalibi Ağdamın “Qarabağ”
klubu bu gün Çempionlar Liqasında növbəti oyununa çıxacaq. Ağdam klubu 3-cü təsnifat
mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Avstriyanın “Zalsburq” klubu
ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Qeyd edək ki, bir həftə öncə Bakıda keçirilən oyunda “Qarabağ”
2-1 hesabı ilə qalib gəlib.
|