 Topaz Premyer Liqasının 2014/2015 mövsümünün açılış
oyununda AZAL “Xəzər Lənkəran”la qarşılaşıb.
Qonaqlar ilk hissədə Rauf Əliyevin başla vurduğu qolla hesabda irəli
çıxsalar da, ikinci hissədə azlıqda qalan “təyyarəçilər” Toni Kostadinovun uzaq
məsafədən vurduğu baxımlı qolla 1 xalı qurtara bildi – 1:1.
Turun qalan 3 oyunu bazar günü keçiriləcək.
|