 Topaz
Premyer Liqasının 2-ci turunda “Qarabağ” “İnter”lə qarşılaşdı. İlk turda əcnəbi
oyunçu limitini pozduğuna görə texniki məğlubiyyətlə üzləşən Ağdam təmsilçisi
paytaxt klubunun müqavimətini qıra bilmədi. Qolsuz bərabərliklə başa çatan oyun
“Qarabağ”ın aktivinə 1 xal yazdı.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Həm mənə, həm də komandama “İnter”ə
qarşı oynamaq çətin olur. “İnter”in özünəməxsus oyun üslübu var, daha çox
düşünməli oluruq. Heç-heçəni normal nəticə sayıram. Fikrimiz Avropa
Liqasındadır, çempionata tam hazırlaşmamışıq. Ağır oyun olmasına baxmayaraq,
komanda əlindən gələni etdi. Nəticəni oyuna görə ədalətli sayıram. İlqar
Qurbanov qarşıdakı oyunda oynayacaq, Maksim Medvedevin isə zədəsi tam sağalmayıb. Lakin, o, 18-likdə
olacaq. Reynaldonun məsələsində son nöqtə qoyulub. Bizimlə müqaviləsi var və
komandanın uğurları üçün çalışır”.
|