 Topaz Premyer Liqasının 2-ci turunda “Bakı” səfərdə “Neftçi”
ilə qarşılaşdı. Paytaxt derbisində rəqibinə məğlub olan “Bakı” mövsümə uğursuz
start verdi – 0:1.
İbrahim Uzunca, “Bakı” klubunun baş məşqçisi: “Premyer
Liqada çıxış etməyimizlə bağlı sıxıntımız var idi. Başda Hafiz Məmmədov olmaqla, bu komandanı çempionata qazandırdıqları üçün hamıya təşəkkür edirik. Son 6 ildə “Bakı”
klubunun futbol akademiyasından bir çox futbolçu yetişdirdik. Futbolçularımı
göstərdikləri mübarizə əzminə görə təbrik edirəm. Fikrimcə, oyun heç-heçə başa
çatmalıydı. Kiçik bir səhvdən qapımızda qol gördük. 1-2 həftə sonra tam hazır olmağa çalışacağıq. Məqsədimiz
Premyer Liqada yerimizi qorumaq və futbolumuza yeni oyunçular yetişdirməkdir”.
|