 Topaz Premyer Liqasının 2-ci turunda “Bakı”nı qəbul edən “Neftçi”
rəqibini minimal hesabla məğlub edərək mövsümdə ilk qələbəsini qazandı – 1:0.
Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “”Bakı”nı çempionata
buraxılması münasibəti ilə təbrik edirik. “Bakı” bir çox komandalara baş ağrısı
olacaq. Avroliqada rəqibimiz olan “Partizan”ın məşqçisi oyunumuzu
stadiondan izləyirdi. “Partizan” haqqında tam anlayışımız var, onların oyununu
izləməyə ehtiyac duymuram. Qələbə qazanacağımıza əmin idik. İlk 3 xalı qazanmaq
istəyirdik, buna nail olduq. Böyük hesablı qələbəyə ehtiyacımız yoxdur. Rəqib
komandada istək, əzmkarlıq var idi. Nikolas Kanales komandanın düşərgəsinə tam
hazır vəziyyətdə gəlib. Kanalesi testdən keçirmişik, onunla bağlı problemimiz
yoxdur”.
|