 Topaz Premyer Liqasının ikinci turunda Lənkərana səfər edən “Sumqayıt”
rəqibini 1-0 hesabı ilə məğlub edərək yüz faizlik nəticə ilə turnir cədvəlində ilk pilləni ələ
keçirdi.
Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Düzdür, rəqib
komanda “Xəzər Lənkəran” 10 nəfərlə oynasa belə, üstünlük bizdə deyildi. Bu gün
bizim günümüz idi. Qələbə bizə vacib 3 xal qazandırdı. Meydançanın ot örtüyü
yaxşı deyildi. Bəzən futbolçular topla yox, meydança ilə mübarizə aparırdılar.
Komandaya yeni futbolçular cəlb olunub. Düşünürəm ki, onların da gələcək
oyunlarda bizə köməyi dəyəcək”.
|