 Topaz Premyer Liqasının ikinci turunda doğma meydanda “Sumqayıt”la
qarşılaşan “Xəzər Lənkəran” rəqibinə minimal hesabla məğlub olaraq yeni mövsümdə
qələbəsizlik seriyasını iki oyuna çatdırdı – 0:1.
Oğuz Çətin, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Öz
meydançamızda oynadığımız matçda tək bir məqsədimiz vardı. Qələbə
qazanmalıydıq, eyni zamanda öz oyunumuzu göstərməli idik. Biz yaxşı bir
komandayıq. Məğlub olsaq da, irəlidəki turlar üçün həyəcanlı deyilik. Amma
futbolda adi bir epizod çox şeyi dəyişir. Öz meydanımızda oyunu çevirə bilməməyimizə
üzülürük. İki həftə içində 5 xal itirdik. “Simurq”la oyunda bu işə son vermək
lazımdır. Biz necə bir komanda olduğumuzu göstərməliyik”.
|