 Topaz Premyer Liqasının 2-ci turunda Zaqatalada yerli “Simurq”un
qonağı olan AZAL ilk hissədə buraxdığı iki qolla qarşılaşmadan məğlub ayrıldı –
0:2.
Tərlan Əhmədov, AZAL klubunun baş məşqçisi: “İlk turdan fərqli
olaraq, bugünkü oyunda mübarizə aparıb qələbə qazanmaq istəyirdik. Lakin
görünür ki, əsas heyətin iki üzvünün olmaması oyunumuza təsir etdi. İlk 35 dəqiqədə
komanda, sanki, özündə deyildi, son 10 dəqiqəsində isə komanda özünə gəldi. Hər
halda, “Simurq”u layiqli qələbə ilə təbrik edirəm. İkinci hissədə Kordobanın
qol imkanı oldu, lakin epizoddan istifadə edə bilmədi. Mövsüm uzundur, qarşıdakı
oyunlara baxacağıq. Legioner oyunçular komandaya tam uyğunlaşmayıb. Yaxın günlərdə
daha bir hücumçu da komandamıza cəlb olunacaq. Öz oyunumuzu göstərmək bizə müəyyən
vaxt lazımdır”.
|