 Topaz Premyer Liqasının 2-ci turunun AZAL-la oyununda yeni
mövsümə start verən “Simurq” rəqibini 2-0 hesabı ilə məğlub etdi.
George Çixradze, “Simurq” klubunun baş məşqçisi: “İlk növbədə komandamı qələbə
ilə təbrik edirəm, gözəl oyun göstərdik. Mövsümün ilk oyununda qələbə qazanmaq
vacib idi. Təəssüf ki, ilk turu buraxmalı olduq. Demək olar ki, rəsmi oyun
praktikamız yox idi. Bugünkü oyunda daha çox qol vura bilərdik, imkanlarımız
çox idi, yaxşı oyun göstərdik. Komandanın oyunundan razıyam. İlk hissədə iki
qol vursaq da, bizim üçüm asan oyun olmadı. Hesabda irəli çıxandan sonra da
oyuna nəzarəti əlimizdə saxlamağa çalışırdıq. Adam Banaş, Marko Stanoyeviç, Əli Gökdəmir və
Vadim Abdullayev komandaya gec qoşulsalar da, özlərini yaxşı tərəfdən göstərə
bildilər. Transfer dövrünün sonuna kimi də 1-2 futbolçu ilə güclənməyi
düşünürük. Təəssüf ki, Vüqar Mustafayev əməliyyat keçirməli oldu. O, bizə zədəli
halda gəlmişdi”.
|