 Topaz Premyer Liqasının 2-ci turunda “Araz Naxçıvan” səfərdə
“Qəbələ” ilə qarşılaşdı. Gərgin idman mübarizəsində keçən oyun ev sahibi
komandanın minimal hesablı qələbəsi ilə başa çatdı.
Əsgər Abdullayev, “Araz Naxçıvan” klubunun baş məşqçisi: “”Qəbələ”ni
təbrik edirəm. Rəqibin cinahlardan oyun quracağını bilirdik. Bunun qarşısını
ala bildik. Standart vəziyyətlərdən daha çox istifadə edirdilər. Bəzi
epizodlarda bunun qarşısını ala bildik, bəzi epizodlarda isə səhvlər oldu. Görüləsi
işlərimiz çoxdur, çalışacağıq ki, gələcəkdə daha yaxşı oyun göstərək. İlk hissənin
başlanğıcında yaratdığımız qol epizodundan istifadə edə bilsəydik, oyunu tam dəyişərdik.
Hər iki komanda sona kimi mübarizə apardı. Hər halda, məğlubiyyətlə barışmadığımızı
göstərdik”.
|