 Topaz Premyer Liqasının 2-ci turunda “Qəbələ” öz meydanında “Araz
Naxçıvan”la qarşılaşdı. Rəqibini 1-0 hesabı ilə məğlub edən “Qəbələ” mövsümdə
ilk qələbəsini qazandı.
Dorinel Munteanu, “Qəbələ” klubunun baş məşqçisi: “Komandamın
ünvanına yalnız xoş sözlər deyə bilərəm. Çox çalışdıq, yaxşı oynadıq və qələbə qazandıq. İlk hissənin
başlanğıcında rəqibə daha rahat oynamağa imkan verdik. Lakin qol vurduqdan
sonra komanda öz oyununu göstərməyə başladı, ikinci qolu da vurub oyunda nöqtəni qoya bilərdik. Təəssüf
ki, bunu bacarmadıq. İkinci hissədə hesabı qoruduğumuz üçün müdafiəyə çox çəkildik.
Bununla bağlı komanda ilə söhbət edəcəm”.
|