 “Xəzər Lənkəran” klubu növbəti transferini həyata keçirib.
Son olaraq AZAL-da oynamış qapıçı Cahangir Həsənzadə bundan sonra “Xəzər Lənkəran”ın
formasını geyinəcək. Təcrübəli qapıçı ilə bir illik müqavilə imzalanıb və onun
sənədləri Peşəkar Futbol Liqasına təqdim olunub. Təcrübəli qapıçı yeni
komandasında 12 nömrəli geyimdə çıxış edəcək.
|