| G.Çixradze: “Vacib 3 xal qazandıq” 2014-08-24 |
|
Topaz
Premyer Liqasının 3-cü turunda “Simurq” doğma meydanda “Xəzər Lənkəran”ı qəbul
etdi. Hər hissədə bir qol vuran Zaqatala təmsilçisi yekunda 2-0 hesablı qələbə qazanaraq növbəti 3 xalı aktivinə yazdı.
George Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Çox çətin oyun oldu. Qarşılaşma
gərgin keçdi, komandalar əzmkar oyun göstərdi. Futbolçular sonadək mübarizə
apardılar. Yaratdığımız qol imkanlarından maksimum faydalandıq. Daha bir neçə
qol imkanımız oldu, təəssüf ki, imkanlardan istifadə edə bilmədik. Çox vacib 3 xal qazandıq”.
|
|
|
|
|
|