| Aqil Məmmədov: “Biz məğlubiyyətə layiq deyildik” 2014-10-29 |
|
Topaz
Premyer Liqasında 10-cu turun maraqlı görüşlərindən biri Sumqayıtda reallaşdı. Bu oyunda “Xəzər Lənkəran”
“Sumqayıt”ı 2-1 hesabı ilə məğlub etdi.
Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi):
“Məncə, iki fərqli hissə oldu. Uduzsaq belə, komandamdan razıyam. Bəxtimiz gətirmədi.
Futbolda belə hallar mümkündür. Biz məğlubiyyətə layiq deyildik. Bütün bunlara
rəğmən, “Xəzər Lənkəran”ı təbrik edirəm. “Qəbələ” ilə oyundan sonra sərt
danışıb, cəzalanmışam. Burada nə var ki? Mən sözümü orada dedim. İndi nəsə
münasibət bildirmək istəmirəm. Komandamızda hücumçu problemi var. Təkcə Məhəmməd
Qurbanov ümidləri doğruldur. Mən ona güvənirəm”.
|
|
|
|
|
|