| Aqil Məmmədov: “İnter”ə qarşı oynamaq bizim üçün həmişə çətin olub” 2014-11-02 |
|
Topaz
Premyer Liqasının XI turunda “Sumqayıt” doğma azarkeşləri önündə “İnter”lə
üz-üzə gəldi. Oyunda qapılara qol vurulmadı.
Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi):
“İnter” bizim üçün çətin rəqiblərdən biridir. Bu komandaya qarşı oynamaq bizim
üçün həmişə çox çətin olub. 5 oyundur ki, uduzurduq. Bu gün bir xal qazandıq. Baxımlı
oyun olmadı. Amma azarkeşlər bizi dəstəklədilər. Fanatlara təşəkkür edirəm. Biz
ardıcıl 5 oyunda uduzsaq da, heç vaxt hücum futbolundan imtina etmədim, müdafiədən
oynamadıq. Bu turdan sonra çempionatda fasilə yaranacaq. Həmin müddət ərzində çatışmazlıqları aradan qaldırmağa çalışacağıq".
|
|
|
|
|
|