| Kaxaber Sxadadze: “Biz dəyişikliklər edəcəyik” 2014-11-02 |
|
Topaz
Premyer Liqasının XI turunda “Sumqayıt”ın qonağı olan “İnter” 1 xal qazandı. Qol vurulmayan oyundan sonra
düşüncələrini bölüşən “İnter”in baş məşqçisi Kaxaber Sxadadze komandasında
problemlərin olduğunu bildirib.
Kaxaber Sxadadze (“İnter”in baş məşqçisi): “Sumqayıt”ı təbrik edirəm. Rəqib
yaxşı müdafiə olundu. Bizim şanslarımız daha çox oldu. Amma təəssüflər olsun
ki, istifadə edə bilmədik. Bu isə onu göstərir ki, biz dəyişikliklər etməliyik.
Daha doğrusu dəyişiklik edəcəyik. Həyat davam edir. İrəli baxmalıyıq. Problemlər
var, bunun üzərində çalışmalıyıq”.
|
|
|
|
|
|