| Arif Əsədov: “Oyuna ilk dəqiqələrdən yaxşı kökləndik” 2014-11-02 |
|
Topaz Premyer Liqasının XI turunda “Neftçi” AZAL-ı 4-0 hesabı ilə məğlub etdi.
Arif Əsədov (“Neftçi”nin baş məşqçisi):
“Komandam çempionat ərzində ən yaxşı oyunlarından birini keçirdi. Oyuna ilk dəqiqələrdən
yaxşı kökləndik. Topu özümüzdə daha çox saxlamalı idik. Eyni zamanda, itirdiyimiz topu da
tez əldə etmək üçün çalışmalıydıq. Komanda öz oyununu tapmaqdadır. Kanalesə mütəmadi olaraq,
şans verirdim. Bu gün iki qol vurdu. Yəqin ki, bu gün vurulan qollar ona gələcək
matçlarda da kömək edəcək. Hücumu daha da yaxşılaşdırmalıyıq. Gənc qapıçı Emil Balayevə güvənirik. O da
etimadı doğruldur. Elşən Abdullayevin də oyununu qeyd etməliyəm. Turnir cədvəlində
irəli getdikcə biz gənclərə daha çox
şans verəcəyik. Həmin vaxt gənclər daha sərbəst oynayırlar. Elşən oyuna yaxşı
qoşuldu. Amma oyunun gedişində zədə aldı. Elşənin
tez bir zamanda bərpa olunacağını düşünürəm”
|
|
|
|
|
|