| KİV nümayəndələrinin nəzərinə 2014-11-20 |
|
Topaz
və Peşəkar Futbol Liqasının təşəbbüsü ilə jurnalistlər üçün Premyer Liqanın
bölgədə keçiriləcək oyunlarını işıqlandırmaq imkanı yaradılacaq. Belə ki, Topaz
Premyer Liqasının XIII turundan etibarən hər turun bir oyununa bu tip səfərlər
gerçəkləşdiriləcək.
İlk belə səfər 13-cü turda baş tutacaq “Qəbələ” – “Simurq” (23.11.2014, saat
17:15) oyununadır. Matçı işıqlandırmağı arzulayan jurnalistlər bununla bağlı [email protected]
ünvanına müraciət edə bilərlər. Jurnalistlərin sayına uyğun olaraq, nəqliyyat
vasitəsi ayrılacaq. Avtobus bir günlük səfər üçün AFFA-nın inzibati binasının
qarşısından yola düşəcək. Qeydiyyat müddəti
22 noyabr saat 12:00-da başa çatacaq.
|
|
|
|
|
|