| Arif Əsədov: “Qoldan sonra futbolçularımda gərginlik yarandı” 2014-11-20 |
|
Topaz Premyer Liqasının
12-ci turu “Neftçi” üçün uğursuz alındı. Komanda səfərdə “Simurq”a 0-1 hesabı
ilə məğlub oldu.
Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “Hiss olunur ki, fasilədən sonra
komandada müəyyən problemlər var. Bu oyunu tez bir zamanda unudub növbəti görüşlərə hazırlaşmalıyıq. Bu oyuna qədər ilk pillədə idik. Bilirdik ki, “Simurq” bizə
qarşı ikiqat güclə oynacaq. Bizim qapımıza ardıcıl oyunlarda penaltilər
verilir. Bu gün iki penalti verildi. Az qalmışdı ki, hakim özü də penalti
vursun. Əlavə edim ki, “Simurq”un qapanacağını bilirdik. Qol buraxdıqdan
sonra futbolçularımda gərginlik yarandı. Bu da nəticəyə təsir etdi”.
|
|
|
|
|
|