| Kaxaber Sxadadze: “Nəhayət ki, qollar vurduq” 2014-11-20 |
|
Topaz Premyer Liqasının
12-ci turunun son oyunu “İnter Arena”da baş tutdu. “İnter” – “Xəzər Lənkəran”
qarşılaşması meydan sahiblərinin 3-1 hesablı qələbəsi ilə yekunlaşdı.
Kaxaber Sxadadze (“İnter”in baş məşqçisi): “Strategiyamızı düzgün qurduq və iki hücumçu ilə
oynadıq. Bunun nəticəsi olaraq, birinci hissənin əvvəlində iki qol vurmağı
bacardıq. İkinci hissənin ortalarında təşəbbüsu "Xəzər Lənkəran"a verdik. Amma sonradan taktikanı dəyişdik və yenə rəqibi məyus etdik. Bəyənmədiyim yeganə məqam sonda qol buraxmağımız oldu. Buna rəğmən oyunçularımı
təbrik etmək istəyirəm. Dörd oyunluq fasilədən sonra, nəhayət, qollar vura
bildik”.
|
|
|
|
|
|