| Dorinel Munteanu: “Bu oyunu unutmalıyıq” 2014-12-03 |
|
Azərbaycan
Kubokunun 1/8 final mərhələsində “Ağsu”nu məğlub edən “Qəbələ” növbəti mərhələyə
vəsiqə qazandı.
Dorinel Munteanu (“Qəbələ”nin baş məşqçisi): Kubok oyununda sürprizlər olur.
Amma şadam ki, komandamız bu gün yaxşı oynadı və mərhələ adladı. Futbolçularımı
təbrik edirəm. Lakin biz bu oyunu unutmalı və çempionatdakı oyunlara
hazırlaşmalıyıq”.
Rüfət Quliyev (“Ağsu”nun baş məşqçisi): “İlk növbədə “Qəbələ”ni təbrik edirəm.
Bizim qarşımıza qoyulan məqsədlər fərqlidir. Bu oyunda çalışdıq ki, divizionda
az oynamaq şansı qazanan futbolçulara etimad göstərək. Bizim üçün yaxşı bir imtahan
oldu. Səhvlərimizin üzərində işləməliyik. Futbolçulardan narazılığım yoxdur. Hər
şey ideal idi. Meydança da, hakimlik də. Futbolda isə biri qalib olanda biri də
məğlub olmalıdır".
|
|
|
|
|
|