 Topaz Premyer Liqasının 18-ci turunun son oyunu Zaqatalada keçirildi. “Bakı” səfərdə “Simurq”a 2-5 hesabı ilə uduzdu. İbrahim Uzunca (“Bakı”nın baş məşqçisi): “Erkən qol vurmağımıza baxmayaraq, az sonra qapımızdan qol buraxdıq. Məğlubiyyət üzücüdür. Hesab belə olmamalı idi. Nə etmək olar? Futbolçularımız gəncdir. Biz onları növbəti mövsümlər üçün hazırlayırıq”.
|