 FİFA təlimatçısı Aleksey Spirin azərbaycanlı hakimlərin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında iştirak edəcək. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. Məmmədov bildirib ki, FİFA təlimatçısı yanvarın 21-dən 26-dək hakimlərimizin hazırlığını müşahidə edib, məsləhətlərini verəcək.
|