 Topaz Premyer Liqasının həlledici mərhələsinə Türkiyənin Antalya şəhərində hazırlaşan "Qəbələ" bugün növbəti yoxlama görüşünü keçirib. Rusiya təmsilçisi "Kuban"la qarşılaşan "Qəbələ" oyunda 0-2 hesabı ilə məğlub olub. Hər iki qol oyunun ilk hissəsində vurulub. Qeyd edək ki, "Qəbələ" Topaz Premyer Liqasında 6-cı yerdə qərarlaşıb.
|