 “Kəpəz” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, Gəncə şəhər stadionunda dövlət əhəmiyyətli tədbirin keçirilməsini əsas gətirərək I Divizionun XXIX turunun matçının vaxtının dəyişdirilməsini xahiş edib. PFL bunu nəzərə alaraq, Azərbaycan I Divizionunun XXIX turunun “Kəpəz” – “Qaradağ Lökbatan” matçını 23 may tarixindən 22 may tarixinə keçirib.
|