 Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2014/2015 mövsümünun gümüş və bürünc medalçıları mükafatlandırılıb. Bu gün AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə “Simurq”a gümüş, “Neftçi”yə bürünc medallar təqdim olunub. Eyni zamanda, əvəzedici heyətlərin ən sərrast oyunçusu Oruc Balaşlı (“Simurq”, 21 qol) da mükafatına qovuşub.
|