 Ölkəmizi Avropa Liqasında təmsil edən “Neftçi” klubu mübarizəni ilkin mərhələdə dayandırıb. Belə ki, paytaxt təmsilçisi iki oyunun nəticəsinə görə, Monteneqronun “Mladost” klubuna uduzub. Bakıda keçirilən oyunda 2-2 hesabına razı olan “Neftçi” səfər oyununda 1-1 hesablı heç-heçəyə imza atıb. Səfərdə vurulan qolların sayına görə, “Mladost” növbəti mərhələyə yüksəlib.
|