31.01.2026
   |    aze    |    rus    |    eng    
Slide 1

"Sumqayıt" 0-2 "Zirə" - Videoicmal

Slide 1

"Səbail" 2-4 "Sabah" - Videoicmal

Slide 1

Kamran Quliyev mükafatlandırılıb

Slide 1

"Sumqayıt" - "Zirə" canlı yayım

Slide 1

"Səbail" - "Sabah" canlı yayım

Slide 1

"Turan Tovuz" 1-2 "Araz-Naxçıvan" - Videoicmal

Slide 1

"Turan Tovuz" - "Araz-Naxçıvan" canlı yayım

   Topaz Premyer Liqası, “Kəpəz” növbəti qələbəsini qazandı      2015-10-24

Topaz Premyer Liqasının IX turunda “Kəpəz” növbəti qələbəsini qazandı. Şahin Diniyevin rəhbərlik etdiyi “Kəpəz” “Xəzər Lənkəran”ı 1-0 hesabı ilə məğlub etdi.

Yunis Hüseynov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Biz Gəncə səfərində xal qazanmaq istəyirdik. AZAL ilə oyundan sonra uğurlu seriya hədəfləmişdik. İlk hissədə komandamın oyunundan razı qalmadım. Rəqib azarkeşlərinin çoxluğu, ola bilər ki, futbolçularıma  mənfi təsir göstərdi. İkinci hissədə isə pis təsir bağışlamadıq. Təhlükəli epizodlar yaratsaq da, bunlar qol vurmaq üçün kifayət etmədi. Zədəli oyunçularla bağlı problemlərimiz var. Tounkara və Orxan  sıraya yeni qayıdıblar. Hazırda isə həkimlər futbolçuların zədəsi ilə məşğuldurlar.  Komandadan getməyim düz çıxmaz. Dekabra kimi çalışmaılıyıq ki, liderlərdən geri qalmayaq. Qarşıda bizi çətin oyunlar gözləyir. “Sumqayıt”la bir neçə gün sonra keçiriləcək oyunda qələbə qazanmaq niyyətindəyik. Mən Azərbaycanı bölgələrə bölmürəm. Azərbaycan mənim vətənimdir, bu ölkənin hər bir yeri mənim üçün doğmadır. Fərq qoymuram”.

Şahin Diniyev (“Kəpəz”in baş məşqçisi): “Bizim üçün ən çətin oyunlardan birinin olacağını demişdim. Çünki rəqibin itirəcəyi bir şey yoxdur. Bizim üçün 6 xallıq bir oyun idi. Komandaya aqressiv oynamağı, erkən qol vurmağı tapşırmışdıq. Mənə elə gəlir ki, komandam tez hücumlar qurmağa, rəngarəng futbol oynamağa çalışdı. İlk hissədə qol vurduq, eyni zamanda çox güc itirdik. İkinci hissədə bizim üçün çətin olacağını  bilirdim. Amma vəziyyəti normal saxlaya bildik. Azarkeşlər daha çox qol istəyə bilər. Amma futbol gözəlliklə yanaşı, nəticə də  tələb edir. Məncə, biz ilk hissədə gözəllik yaratdıq, ikinci hissədə isə nəticə üçün oynadıq. Komandada çətinliklər var. Lakin buna rəğmən futbolçular hər hansı bir narazılıq etməyiblər. Mövsümün sonuna qədər də mübarizə aparacağıq. Futbolçularla söhbət etmişəm. Bildirmişəm ki, seçim sizindir.  İstəyirsinizsə, aşağı yerlər üçün oynayın, istəyirsinizsə, yuxarı yerlər üçün oynayın. Qələbə üçün 10 min manat mükafat verilir. Bu 10 min manatı biz 53 nəfər arasında bölürük. Fotoqraf da, otbiçən də, xadimə də, futbolçu da mükafat alır. Mənə elə gəlir ki, “Kəpəz” Azərbaycan futboluna rəngarənglik gətirib. Azarkeşlərin stadiona gəlməsi də buna əyani sübutdur. Mən klub rəhbərləri ilə “Zirə” ilə matçdan sonra da görüşüb, problemləri xatırladacağam”.

   Turnir cədvəli
1 Qarabağ 6 15
2 Sabah 7 14
3 Turan Tovuz 7 14
4 Araz-Naxçıvan 6 13
5 Zirə 6 12
6 Şamaxı 6 11
7 Sumqayıt 7 6
8 Səbail 7 4
9 Neftçi 7 4
10 Kəpəz 7 0
Ətraflı
1 Karvan 2 6
2 Qəbələ 2 4
3 Baku Sportinq 2 4
4 Cəbrayıl 2 4
5 Mingəçevir 2 3
6 İmişli 2 3
7 Zaqatala 2 2
8 MOİK 2 1
9 Qaradağ Lökbatan 2 0
10 Difai 2 0
Ətraflı
Xəbər arxivi
« Yanvar 2026 »
1 2 3 4 5 6 7
293031 01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 303101
02030405060708
Press reliz
19.08.2024
2024/25 mövsümü II Liqanın təqvimi
19.08.2024
2024/25 mövsümü I Liqanın təqvimi
19.07.2024
2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising