 Növbəti mövsüm üçün Premyer Liqada transfer dövrləri açıqlanmışdır. Yay transfer dövrü 9 iyun - 31 avqust 2012-ci il tarixlərini, qış transfer dövrü isə 12 yanvar - 8 fevral 2013-cü il tarixlərini əhatə edəcək. Klublar heyətlərinə cəlb etdikləri futbolçuları yuxarıda qeyd olunan tarixlərdə Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirə bilərlər.
|