 Sloveniya təlim-məşq toplanışı çərçivəsində “İnter” son yoxlama oyununu keçirib. Sloveniyanın ikinci liqasında
çıxış edən “Çempion” klubu ilə qarşılaşan “bankirlər” rəqibini 3:0 hesabıyla məğlub edib. “İnter”in qollarını Baçana Sxadadze və Tales Şuts (2) vurublar. Bununla da “İnter” Sloveniya hazırlığı çərçivəsində yoxlama qarşılaşmalarına
yekun vurub.
|