 Futbol üzrə Azərbaycan I Divizionunun 2015/2016-cı illər mövsümünün bombardiri mükafatlandırıldı. Bu gün AFFA-nın inzibati binasına dəvət olunan Röyal Nəcəfov (24 qol, MOİK) mükafatına qovuşdu. Mövsümün ən sərrast oyunçusuna mükafatı Peşəkar futbol Liqasının prezidenti Ramin Musayev təqdim edərək uğurlar arzuladı.
|