30.01.2026
   |    aze    |    rus    |    eng    
Slide 1

"Sumqayıt" 0-2 "Zirə" - Videoicmal

Slide 1

"Səbail" 2-4 "Sabah" - Videoicmal

Slide 1

Kamran Quliyev mükafatlandırılıb

Slide 1

"Sumqayıt" - "Zirə" canlı yayım

Slide 1

"Səbail" - "Sabah" canlı yayım

Slide 1

"Turan Tovuz" 1-2 "Araz-Naxçıvan" - Videoicmal

Slide 1

"Turan Tovuz" - "Araz-Naxçıvan" canlı yayım

   Ramin Musayev yenidən PFL prezidenti seçildi - Fotolar      2016-07-05

Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının prezidenti postuna növbəti seçkilər keçirildi. AFFA prezidenti Rövnəq Abdullayevin  rəhbərlik etdiyi seçkiyə Premyer Liqa klublarının nümayəndələri də qatıldılar. Nəticələrə əsasən Peşəkar Futbol Liqasının hazırkı prezidenti  Ramin Musayev növbəti 4 ildə də prezident postunda fəaliyyət göstərəcək. Belə ki, seçicilərin hər biri Ramin Musayevin yenidən prezident seçilməsinə səs verdilər.
Daha sonra AFFA prezidenti Rövnəq Abdullayev və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlər üçün mətbuat konfransı keçirdilər. AFFA prezidenti Peşəkar Futbol Liqasının çempionatı yüksək səviyyədə təşkil etdiyini bildirib, qurumun işini qənaətbəxş saydı: “Çətin də olsa, PFL-lə birlikdə yüksək səviyyədə çempionat təşkil etmişik. Ən əsası, ədalətli təşkilatçılıq, eyni zamanda ədalətli hakimliyimiz olub. Mən PFL-ə tövsiyələrimi verdim. Gələn ilin may ayında Qəbələdə 8 klubun iştirakı ilə böyük turnir keçirəcəyik. İstəyirik, 2017/2018 ci illər mövsümündə azı 10 komandalı çempionat reallaşdıraq”, deyə Rövnəq Abdullayev məsələyə münasibət bildirdi.

Ardından PFL prezidenti Ramin Musayev ona göstərilən etimada görə təşəkkürünü bildirdi və görülən işlərdən, eləcə də qarşıda duran planlardan bəhs etdi: “Bu gün bizim çempionat UEFA tərəfindən aparılan sorğu nəticəsində 24-cü yerdədi. PFL yaranan ildə çempionatımız 44-cü pillədə qərarlaşmışdı. Biz 8 il ərzində 20 pillə irəliləməyə nail olmuşuq. Bu, mənim yox, UEFA-nın sorğusudu. 54 ölkə arasında son 8 ildə ən çox sıçrayış edən çempionat Azərbaycan Premyer Liqasıdı. Dünyada isə PFL yaranana qədər 110-cu yerdə olsaq da, bu gün 38-ciyik. Düzdü, bununla əlimizi yanımıza salmırıq. Qarşıdakı illərdə daha da irəliləməyə çalışacağıq”.

PFL prezidenti əlavə etdi ki, qurum Azərbaycan futbolunda vahid sistemlər formalaşdırıb: “Biz çempionatda vahid top tətbiq etdik, oyunlara çəkiliş qrupları göndəririk, 8 il ərzində keçirilən oyunların bütün videoyazıları var. Biz fəaliyyətimiz ərzində klublarla birgə çalışmışıq. Bunu seçki zamanı klub nümayəndələri də bildirdilər”.

Ramin Musayev prezident postuna tək namizəd olmasına da münasibət bildirdi: “Mən güləşçi olmuşam, mübarizə aparmağı sevirəm. Hətta bir dəfə yarışda rəqibim gəlmədi. Buna görə çox üzüldüm. Bu gün də  tək namizəd olmağım mənə yaxşı təsir etmədi. Yaxşı olardı ki, 2-3 namizəd olsun. Hər kəsin futbolda gördüyü işlərlə bağlı açıqlaması ilə tanış olardıq. Görərdik, kimin planları daha gözəldi, kim nə iş görüb. Rəqibim olmasa da, daha yaxşı işlər görməyə çalışacağam”.

   Turnir cədvəli
1 Qarabağ 6 15
2 Sabah 7 14
3 Turan Tovuz 7 14
4 Araz-Naxçıvan 6 13
5 Zirə 6 12
6 Şamaxı 6 11
7 Sumqayıt 7 6
8 Səbail 7 4
9 Neftçi 7 4
10 Kəpəz 7 0
Ətraflı
1 Karvan 2 6
2 Qəbələ 2 4
3 Baku Sportinq 2 4
4 Cəbrayıl 2 4
5 Mingəçevir 2 3
6 İmişli 2 3
7 Zaqatala 2 2
8 MOİK 2 1
9 Qaradağ Lökbatan 2 0
10 Difai 2 0
Ətraflı
Xəbər arxivi
« Yanvar 2026 »
1 2 3 4 5 6 7
293031 01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 2930 3101
02030405060708
Press reliz
19.08.2024
2024/25 mövsümü II Liqanın təqvimi
19.08.2024
2024/25 mövsümü I Liqanın təqvimi
19.07.2024
2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising