 Futbol üzrə Azərbaycan I Divizionun 2016/2017-ci illər mövsümündə iştirak edəcək komandalar tələb olunan sənədləri avqustun 15-dək Peşəkar Futbol Liqasının müvafiq departamentinə təqdim etməlidirlər. Buna uyğun olaraq, I Divizion iştirakçılarının sayı müəyyənləşəcək. Bu prosedur başa çatdıqdan sonra I Divizionun püşkatmasının tarixi barədə məlumat veriləcək.
|