 Sabah futbol üzrə Azərbaycan I Divizionunda 2016/2017-ci illər mövsümünün püşkatma mərasimi təşkil olunacaq. Saat 13:00-da AFFA-nın inzibati binasında reallaşacaq mərasimdə “Rəvan”, “Qaradağ Lökbatan”, “Ağsu”, MOİK, “Şəmkir”, “Zaqatala”, “Turan Tovuz”, “Mil Muğan”, “Bakılı”, “Şahdağ”, “Şərurspor”, “Göyəzən”, “Energetik”, “Səbail” klubları iştirak edəcəklər.
|