 2012/2013 mövsümü üçün hazırlığını davam etdirən “Sumqayıt”ın əvəzedici komandası növbəti yoxlama oyununa çıxıb. Klubdan verilən məlumata görə, Vaqif Paşayevin yetirmələri “Qəbələ”nin əvəzedicilərini 2:1 hesabı ilə məğlub edib. Qeyd edək ki, “Sumqayıt”ın əvəzediciləri ötən həftə “Bakı” ilə üz-üzə gəlmişdi - 2:3.
|